banner
banner

Gündəm

Azərbaycan məmurları Londondakı mülklərini itirə bilər

Azərbaycan məmurları Londondakı mülklərini itirə bilər

Yeni qaydalara görə, həmin mülklərin sahiblərinin bu evlərdə daimi yaşaması məcburi şərt olacaq

Londonda dəbdəbəli mülk və mənzillər almağa xüsusi maraq göstərən Azərbaycan məmurları və oliqarxları Britaniya paytaxtında yeni problemlə üzləşə bilər. 
Virtualaz.org saytı Britaniya KİV-lərinə istinadən xəbər verir ki, Londonun Kensinqton və Çelsi rayonlarının yerli hakimiyyət orqanlarının yeni mülklərin tikintisi, köhnə tikililərin bərpası və yenidənqurulması qaydalarına dəyişiklik etməyə hazırlaşması burada mülk sahibi olan və ya olmaq istəyən şəxslərin qarşısında yeni baryerlər qoya bilər. Məsələ burasındadır ki, yeni qaydalara görə, həmin mülklərin sahiblərinin bu evlərdə daimi yaşaması məcburi şərt olacaq.
 
“London rayonlarının yerli hakimiyyətləri tərəfindən hazırlanan hesabatda deyilir ki, Londondakı “Herrods” univermağından cənub tərəfdəki küçələr “mülk al, çıx get” sxeminin müntəzəm tətbiq olunduğu ərazilərə çevrilib. Milyarderlər məhz bu ərazilərdəki daşınmaz əmlaka xeyli sərmayə yatırırlar. Bundan sonra isə evlərinin işığını söndürüb, qapılarını bağlayıb çıxıb gedirlər. Boş qalan bu evlər isə onlara ildən-ilə əlavə pullar qazandırır. Belə ki, bu ərazidə daşınmaz əmlak durmadan bahalaşır” - deyə Britaniya mətbuatı yazır.
 
Londonun bir çox ən bahalı və dəbdəbəli küçələrində hər 4 evin birində yaşayış var. Burada, məsələn, “Herrods” univermağı ilə üzbəüz küçədəki mənzillərin qiyməti isə 20 milyon funt-sterlinqdən başlayır. Həmin ev və mənzillərin sahibləri əsasən əcnəbilərdir.
 
Yada salaq ki, Bakıda yaşayan bir çox məşhur azərbaycanlılar da Londonun bu rayonunda daşınmaz əmlak alıblar. Londonun dəbdəbəli evlər olan rayonlarının yerli hakimiyyətləri isə bu tendensiyanın qarşısını almağa çalışırlar. Onlar “mülk al, çıx get” sxeminin dəyişdirilməsinin vacib olduğunu bildirir. Çıxış yollarından biri kimi isə boş saxlanan ev və mənzillərə görə vergi yükünün artırılması göstərilir. Belə mülklərin sahiblərinə qarşı hətta məhkəmə iddialarının qaldırılması variantı ətrafında da müzakirələr gedir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.