Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Herbert Salber ölkəmizə səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı mərhələsində bəzi məsələlərin və eləcə də regiondakı münaqişənin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana son səfərindən ötən dövr ərzində regionda və eləcə də dünyada bir çox hadisələrin baş verdiyini qeyd edən dövlət başçısı bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmasının vacibliyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev bildirdi ki, münaqişənin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir. Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir. İlham Əliyev status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğulayıb. Təmas xəttində baş verən hadisələrə toxunan İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlət başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev Avropa İttifaqının bəzi dairələrinin ölkəmizlə bağlı qərəzli mövqeyinin yolverilməz olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.