banner
banner

Sosİal

“Sığorta şirkəti pulumu ödəmir” - Zəlzələdən zərərçəkən

“Sığorta şirkəti pulumu ödəmir” -

Sentyabr ayında baş verən güclü zəlzələdən zərər çəkənlərdən biri də Ucar rayon sakini Şıxəliyev Samir Xalis oğludur.

Rayon sakini “Qafqazinfo”ya bildirib ki, onun “Azərsığorta” şirkəti ilə bir illik əmlak sığortası olmasına baxmayaraq şirkət onun qəzalı vəziyyətdə olan evi üçün pul ödəmək istəmir: “4 sentyabr tarixdə Respublika ərazisində baş vermiş zəlzələ nəticəsində Ucar rayonu M.Əliyev küçəsində yerləşən 3 otaqlı evimə ciddi zərər dəyib. Otaqların divarlarında böyük çatlar əmələ gəlib, evin tavanı əyilib, insan yaşayışı üçün ciddi təhlükə yaranıb, bir sözlə, evimiz hər an uça bilər. Mən evimi 07.02.2015-ci il tarixdə "Azərsığorta" nın Ucar filialında sığortalamışam və buna dair bir illik müqaviləmiz də var. Sığorta müqaviləsindəki şərtlərə əsasən evin zəlzələ nəticəsində zədələnməsi sığorta hadisəsi hesab olunur. Buna görə də, mən qanunu qaydada "Azərsığorta"-nın Ucar filialının müdiri Oqtay Hümbətova müraciət etdim. O bildirdi ki, müqavilədə bu əks olunsa da, mənə kömək etməyə maddi imkanı yoxdur. “İndiyə kimi görmüsən ki, sığorta şirkəti kiminsə evinə zəlzələyə görə sığorta pulu versin?" - dedi. Mənim kimilərin pulunu mənimsəyib özü kral kimi yaşayır”.

S. Şıxəliyev özündən daha çox qəzalı vəziyyətdə olan evində yaşamaq məcburiyyətində olan övladları üçün narahat olduğunu deyib: “Himayəmdə iki azyaşlı övladım var. Zəlzələ nəticəsində qəzalı vəziyyətdə olan evim hər an uça bilər. Həyatımız ciddi təhlükə qarşısındadır, bunun məsuliyyəti isə korrupsiya əməlləri ilə məşğul olan "Azərsığorta"-nın Ucar filialının müdiri Oqtay Hümbətovun üzərindədir. İndiyə kimi bu şəxsin korrupsiya əməlləri haqda Prezidentə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişəm. Oktay Hümmmətovun fəaliyyətinın ciddi yoxlanılıb barəsində qanunu tədbirlər görüləcəyinə inanıram. Mətbuat vasitəsi ilə də insanlara müraciət edib sığorta şirkətlərinin saxtakarlıq əməlləri qarşısında ehtiyatlı olmağa çağırıram”.

Məsələ ilə əlaqədar olaraq "Azərsığorta"-nın Ucar filialının müdiri Oqtay Hümbətovla əlaqə saxladıq. Filial müdiri Samir Şıxəliyevin onlara müraciət etmədiyini bildirib: “Bizə müraciət etməyib, yalan böhtandır. Nə olsun sığorta olunanda, 3 bal, 4 bal gücündə yer tərpənən kimi pul verirlər? Elə bir qanun yoxdur. FHN məlumat verib ki, dağıntı halı müşahidə olmadığından heç kimə pul ödənilmir. Həmin şəxs də bunu çox yaxşı bilir. Bircə Şəkiyə pul verilib, ayrı rayonlara-Zərdab, Ucar, Göyçay pul verilməyib. Evin suvağı çatlayıb, o deyir ki, mənə pul verilməlidir. Dağıdıcı zəlzələ deyil axı. Suvağ bütün evlərdə çatlayır. Həmin şəxsə pul düşmür”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.