banner
banner

Sosİal

“Ay alan, böyrək satıram...”

“Ay alan, böyrək satıram...”
Bakının “Qara Qarayev” metro stansiyası yaxınlığında divarda “Böyrək satılır” adlı elan yapışdırılıb. Sosial şəbəkələrdə şəkli yayılan bu elan insanı vahiməyə salır. Elanlarda hətta qan qruplarına görə böyrəklərin olduğu bildirilir. Qiymətlərə gəlincə, 1-ci qan qrupu üzrə böyrək 40 min manat, 2-ci qrup üzrə 50 min manat, 3-cü qrup üzrə isə 70 min manat göstərilib. 

Elanda göstərilən hər üç telefon nömrəsi ilə əlaqə saxlasaq da, cəhdimiz boşa çıxdı, nömrələr artıq fəaliyyətdə deyildi. Bu kimi elanlara ümumiyyətlə internetdə də çox rast gəlinir. Qeyri-rəsmi məlumatlara görə, ölkəmizdə orqan mafiyaları və şəbəkələri mövcuddur ki, onlar müxtəlif yollarla orqanlar əldə edir və xarici ölkələrə baha qiymətə satır. Azərbaycanda bir çox daxili orqanların transplantasiyası həyata keçirilmir, həyata keçirilən qaraciyər köçürülməsi əməliyyatının qiyməti isə 50 min manatdan çoxdur. Qonşu Türkiyəyə üz tutanlar hətta 100 min dollarından belə keçməli olur. 
 
Statistikaya inansaq, qaraciyər serrozu olan təcili donora ehtiyacı yaranan 7 nəfərdən yalnız ikisinin sonda üzü gülür. Oxşar vəziyyət böyrək çatışmazlığı zamanı mövcuddur. Qiymətlərin yüksək olması isə Azərbaycanda “orqan bankı”nın yoxluğu ilə əlaqədardır ki, bu qiymətlərə ciddi şəkildə təsir edir. “Orqan bankı”nın yaradılması üçün isə əvvəlcə insanların buna psixoloji cəhətdən hazır olması şərtdir. Çünki ölkədə heç kim beyin ölümü keçirmiş yaxınının meyitinin yarılmasına və onun orqanlarının götürülməsinə razılıq vermir. 
 
 
Hüquqşünas Müzəffər Baxış qanunvericiliyin daxili orqanların alqı-satqısını qadağan etdiyini dedi: “İnsan orqanlarının və toxumalarının transplantasiyası haqqında Azərbaycan Respublikasının qanunu var. Həmin qanuna görə, onun alqı-satqısı qadağan edilir və cinayət sayılır. Əgər kimsə öz yaxınına hansısa daxili orqanını könüllü şəkildə, alqı-satqı olmadan vermək istəyirsə buna qanunən icazə verilir. Sadəcə olaraq, öz yaxınına orqanını verən şəxs bunun qarşılığında hansısa məbləğ istəyərsə, bu, artıq cinayət hesab edilir. Ancaq qanunla müəyyən orqanların transplantasiyası qadağandır. Həmin qanunun 137-ci maddəsinə görə, insan orqanlarının və toxumalarının qanunsuz alqı-satqısını həyata keçirən insanları 2 min manatdan 5 min manatadək məbləğində cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə 137.2 ilə təsnif olunur və 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Ümumiyyətlə, donorlar dünya ədəbiyyatında 3 qrupa bölünür: qohumlar - bacı, qardaş, ana, ata; emosional qohumlar - yoldaşının qardaşı, yeznəsinin qohumu, uzaq qohumlar və böyrəyini vermək istəyən adamlar; könüllü böyrəyini bağışlamaq istəyənlər. Tibbi qaydalara əsasən, böyrək verən adamın çəkisi 75 kiloqramdan çox olmamalı, sağlam olmalıdır. Onun immunoloji uyğunluğu olmalıdır. Qadından kişiyə, kişidən qadına orqan köçürmək olar. Ən yaxşı nəticəni isə qohumdan götürülən böyrəklər verir. Yaşı 18-ə çatmayan donordan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədilə digər orqan və ya toxumaların götürülməsi qadağandır. Qan qrupları da uyğun olmalıdır. Əgər donor olmaq istəyən orqanını vermək niyyətində olduğu şəxsin qulluq tabeliyindədirsə, ondan fiziki, mənəvi və maddi cəhətdən asılıdırsa, bu halda qanun onun donor olmasını qəti şəkildə qadağan edir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.