banner
banner

Gündəm

AZAL özəlləşməyəcək

AZAL özəlləşməyəcək
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Təbii ehtiyatlar və energetika, Sosial siyasət, Təhlükəsizlik və müdafiə komitələrinin 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə birgə iclasında deputatların suallarını cavablandırarkən deyib.
 
S.Şərifov bildirib: "Məsələn, ABŞ-da özəl aviaşirkətlər daim müflis olur. Nəticədə hökumət onlara sərmayə qoymağa məcbur olur. Bundan sonra onların vəziyyəti yaxşılaşır. Kiçik ölkələrin təcrübəsinə gəlincə, əksər hallarda bu ölkələrdə aviaşirkətlər bu və ya digər yolla hökumətdən subsidiyalar alırlar".
 
Nazir buna misal qismində Yunanıstanın 20-30 ildir özəlləşdirilməsinə cəhd edilən "Olympic Air" aviaşirkətini göstərib. Bu istiqamətdə hələ heç bir nəticə yoxdur.
 
S.Şərifov Rusiyanın bu yaxınlarda müflis olan "Transaero" özəl avişirkətini də xatırladıb. Şirkətin borcları 4 milyard dolları ötürdü.
 
O, qeyd edib: "Biz bu məsələyə ehtiyatla yanaşmalıyıq. Aviadaşımalar sektoru o qədər həssasdır ki, əgər özəl şirkətlər bu sahədə xidmətləri düzgün göstərməsə, hökumət müdaxilə etmək məcburiyyətində qalacaq".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.