Şimon Peres: “Terrorçuları öldürməklə terrorun qarşısını ala bilmərik”
"Əvvəlki əsr torpaq əsri idi və insanlar həqiqətən torpaqla yaşayırdılar. Ancaq indi elm üzərində yaşayırıq”.
APA-nın məlumatına görə, bu sözləri İsrailin keçmiş prezidenti Şimon Peres ADA Universitetində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, insanlar torpaq üzərində yaşayanda müharibə edir: “Torpaq olanda onu müdafiə etməli oluruq, onun üçün döyüşürük. Bütün yerlərdə insanlar ordular qurublar, çoxsaylı qurbanlar olub. Gənc insanlar həyatlarını itiriblər. İndi isə elm gəlir. Lakin bu zorakılığın sonu demək deyil. Elm özlüyündə münaqişə məsələsi deyil. Lakin elm yaxşı insanlar üçün də, pis insanlar üçün də əlçatandır. Hər kəs bundan istifadə edə bilər. Hazırda zorakılıq terrorla ölçülür. Terror müharibə deyil. Bu fərqli bir şeydir. 15 nəfər terrorçu gəlir və çoxsaylı insanı öldürür. Mən qorxuram ki, biz terrorçuları öldürməklə terrorun qarşısını ala bilmərik. Hesabat verirlər ki, nə qədər terrorçu hava zərbələri nəticəsində öldürülüb. Amma nə olur? Onlar daha da artırlar. Terrora son qoymağın yeganə yolu terrorçuları öldürmək deyil, terrorun səbəblərini məhv etməkdir. Gənc qadın və kişilər arasında yoxsulluğu, savadsızlığı, diskriminasiyanı, ümidsizliyi aradan qaldırmaq lazımdır. Elm isə diskriminasiya etmir, milləti yoxdur. Rəngin ağ və ya qara olması fərq etmir”.
Şimon Peres axırıncı dəfə Azərbaycanda 6 il əvvəl olduğunu və Bakını tanıya bilmədiyini qeyd edib: “Bilirəm ki, Olimpiyada keçirmisiniz. Kimin necə, harada qalib gəldiyini bilmirəm. Amma bu Olimpiyadanın ən böyük qalibi Azərbaycan xalqı, onun prezidentidir”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.