Fransanın tanınmış aktyoru Jan Reno qondarma "erməni soyqırımı"na həsr olunmuş "Vəd" filminə dəvət alıb. O, filmdə fransız admiralı rolunu canlandıracaq. Artıq çəkilişlərinə start verilən film erməni mənşəli amerikalı milyarder Kirk Kerkoryana məxsus "Tracinda" korporasiyasının açdığı "Survival Pictures" prodüser şirkəti tərəfindən ekranlaşdırılır.
Filmdə baş rolu Kristian Beyl ifa edəcək.
Amerika səfiri rolu aktyor Ceyms Kromvelə həvalə olunub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.