banner
banner

Hərbİ

Hərbi hissədən qaçan əsgəri polis saxladı

Hərbi hissədən qaçan əsgəri polis saxladı
Azərbaycanda N saylı hərbi hissədən əsgər qaçıb.
Hadisə Tovuz rayonu N saylı hərbi hissədə baş verib.
 
Məhəmməd Münasib oğlu İsmayılov xidmət etdiyi hərbi hissəni özbaşına tərk edib.
 
Hadisə bir neçə gün əvvəl baş verib. Əsgər artıq Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əsgərin hərbi hissədən qaçmasının səbəbi hələlik açıqlanmır.
 
Qeyd edək ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 333 (hərbi hissəni özbaşıana tərk etmə) və 334 (fərarilik) maddələri ilə cinayət işi açılıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.