“Olimpik Novxanı Otel” yalan məlumatlar yaymaqla “Azərişıq” ASC-nin işgüzar imicinə zərbə vurmaq istəyir.
Bunu açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, “Azərişıq” ASC “Olimpik Novxanı Otel”-ə yaxın ərazilərdə elektrik naqillərini yenidən qurur: “Bu otel də ona aid olan hissədə elektrik naqillərini özü təmir etməli olduğu halda, bundan boyun qaçırır”.
“Olimpik Novxanı Otel”-in həqiqəti əks etdirməyən böhtan xarakterli informasiyalarla ictimaiyyəti çaşdırmaq istədiyini qeyd edən qurum rəsmisi bildirib ki, mehmanxana rəhbərliyiniə onlara məxsus binanın üzərindəki səliqəsiz elektrik naqillərini yığışdırmaları üçün xəbərdarlıq olunub: “Həmin ərazidəki naqillər yerin altı ilə keçməlidir. Çünki yüksəkdən çəkilən naqillər insan həyatı üçün təhlükəlidir. “Azərişıq” ASC özünə aid olan hissələrdə yenidənqurma işləri aparır. Amma otel özünə aid olan yerləşdiyi binanın üzəri ilə çəkilən naqillərini təmir etdirmək istəmir. Əksinə, bu məsələ ilə bağlı yalan şayiələr yayır. Bu şayiələrin isə heç bir əsası yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lərdə “Olimpik Novxanı Otel” “Azərişıq”ı rüşvət tələb etməkdə ittiham edir” başlıqlı məlumatlar yayılmışdı. Məlumatda qeyd olunurdu ki, “Azərişıq” otelə işıq verilməsini dayandırıb və yeni elektrik xəttinin çəkilməsi üçün onlardan 26 min pul tələb edir.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.