banner
banner

Hərbİ

Ermənilər qorxu içində

Ermənilər qorxu içində

Fransa, Rusiya və ABŞ prezidentləri Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Qarabağla bağlı planını dəyişə bilmirlər. Bu barədə erməni hüquq müdafiəçisi Larisa Alaverdyan keçirdiyi mətbuat konfransında bildirib.

Bu məsələdə biz onunla tam razıyıq. Prezident İlham Əliyevə öz əsas məqsədinə çatmaqda - ermənilər tərəfindən işğal edilmiş bütün Azərbaycan ərazilərinin tam azad olmasına nail olmaqda heç kim və heç nə mane ola bilməz.

Bu, Ermənistan siyasətçilərin çox narahat edir. İndi onlar həm də Ermənistan helikopterinin vurulmasına beynəlxalq ictimaiyyətin gözlənildiyindən də soyuq münasibət göstərməsindən çox narahatdırlar.

İrəvanın siyasi elitası bununla bağlı hər gün mətbuat konfransları, brifinqlər keçirirlər. Həmin tədbirlərdə demək olar ki, isterikaya düşürlər, hər kəsdən bu məsələyə münasibəti dəyişmək və hətta Azərbaycanı cəzalandırmağı tələb edirlər.

Bu, qara-küy tədbirlərinə hətta xarici səfirliklərin nümayəndələrini dəvət edirlər ki, yenidən onların qarşısında hıçqıra-hıçqıra Ermənistanın sülhsevərliyi və Cənubi Qafqazdakı qonşuların təcavüzkarlığı barədə yalanlarını yeritsinlər. Ermənistan qarışıq dünyanın heç bir ölkəsinin qondarma Dağlıq Qarabağ Respublikasının oyuncaq rejimini tanımadığı halda, bu əməllərindən əl çəkmirlər.

Özünü sındırmasa da, Ermənistan helikopterinin başına Dağlıq Qarabağ üzərində gəlmiş hadisənin bir daha təkrar olunmasından qorxur. Yəni hər şey ola bilər. Vəziyyətdən yalnız bir çıxış yolu var və bu, Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən səsləndirilib - işğal edilmiş ərazilərdən bütün erməni qoşunları çıxarılmalıdır. Yalnız belə olan halda Ermənistan helikopterlərinin vurulmayacağına, pilotların sağ və salamat qalacağına zəmanət vermək olar.//Anspress



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.