banner
banner

Sosİal

"Xəstəxanada qıza mikrob keçib" - Doğuşdan sonra ölən ananın yaxınları danışdı

"Xəstəxanada qıza mikrob keçib" -
Yeni uşaq dünyaya gətirən Qazax rayon sakini Bakıda dünyasını dəyişib.
Qazaxda ana ölümü qeydə alınıb. İkinci övladını dünyaya gətirən 28 yaşlı Təranə Əsgərova doğuşdan sonra vəfat edib. Yaxınlarının bildirdiyinə görə, övladını qeysəriyyə üsulu ilə dünyaya gətirən qadın həkim səhlənkarlığının qurbanı olub. Əməliyyatdan sonra vəziyyəti ağırlaşan gənc ana paytaxt xəstəxanalarından birinə göndərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Razim Qurbanov - mərhumun əmisi: "Qardaşımın qızını Qazaxda qeysəriyyə əməliyyatına götürüb, uşağı xilas ediblər. Ancaq əməliyyat nəticəsində xəstə qıza mikrob salıblar. Uzun müalicədən heç bir nəticə alınmadığına görə, xəstə Bakıya yola salınıb". 
 
Qətibə Mustafayeva - həkim: "Əməliyyatın 5-ci günündə xəstənin bədənində səpkilər əmələ gəldi, temperatur yüksəldi. Xəstə üçün Bakı şəhərindən konsultant dəvət olundu. Təkrar müayinə olunan xəstə Bakıya göndərildi".
 
Fakt araşdırılır. 


 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.