banner
banner

Hərbİ

Rusiya Xəzərdən Suriyaya raket zərbələri endirdi

Rusiya Xəzərdən Suriyaya raket zərbələri endirdi

Rusiyanın Xəzər Dəniz Donanmasının 4 gəmisi bu gün səhər saatlarında Suriyadakı İŞİD yaraqlılarının mövqelərinə 26 raket zərbəsi endirib. Bütün hədəflər məhv edilib. Mülki əhali arasında tələfat yoxdur.

Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı məlumat verib.

“Yaraqlıları məhv etmək üçün aviasiya ilə yanaşı bu gün Xəzər donanmasının gəmiləri də əməliyyata cəlb olunub. 4 raket kreyseri 11 hədəfə qanadlı raketlərdən 26 zərbə endirib. Bu zərbələrin nəticələri daha uzaq məsafələrə - təxminən 1500 kilometr məsafəyə hesablanan raketlərin effektivliyini bir daha göstərdi” - deyə Sergey Şoyqu “Rossiya-1” telekanalının efirindən bildirib.

Nazir bu raket zərbələri zamanı mülki əhalinin və obyektlərin zərər çəkmədiyini bir daha vurğulayıb.

V.Putin isə qeyd edib ki, belə növ münaqişələr siyasi məsələlərin həll edilməsi ilə başa çatmalıdır: "Rusiyanın Hava Kosmik Qüvvələri Suriya ordusunun quruda İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyəcək".

Prezident əlavə edib ki, Suriyada əməliyyatların nəticələrinə yekun vurmaq tezdir, lakin artıq görülmüş işlər yüksək müsbət qiymətə layiqdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.