banner
banner

Dünya

Jirinovskidən yeni torpaq iddiası

Jirinovskidən yeni torpaq iddiası
Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yeni torpaq iddiası ilə çıxış edib.
Jirinovski iddiasını Rusiyanın ilyarım qabaq Ukraynaya hücum çəkərək işğal etdiyi Krım bölgəsində səsləndirib. 
O, “Artek” düşərgəsində keçirilən gənclər forumunda deyib ki, çar imperiyası dövründə Rusiyaya məxsus olmuş bütün torpaqlar, o cümlədən Polşa və Finlandiya Rusiyaya qaytarılmalıdır: “Çar devrildikdən sonra Polşa qanunsuz olaraq Rusiyadan ayrıldı, Finlandiyaya isə sovet hökumətinin qərarı ilə müstəqillik verildi. Sovet hökumətinin belə qərar qəbul etməyə ixtiyarı yox idi”.
 
Rusiyalı deputat hesab edir ki, rus xalqı parçalanıb və milyonlarla rusu yaşadığı yerlərdə yad dildə danışmağa məcbur edirlər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.