Müdafiə Nazirliyi rəhbərliyinin ön cəbhədə ordunun döyüşə hazırlığını yoxlamasının görünütüləri yayılıb. Müdafiə naziri Zakir Həsənov və nazirin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun və Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən baş tutan cəbhə xəttinə bu dəfəki gəlişi yoxlama məqsədi daşıyıb.
Cəbhənin ön xəttində ordunun döyüşə hazırlıq səviyyəsi yoxlanılıb. Əvvəlcə Silahlı Qüvvələrin raket və artilleriya birləşmələrinə həyacan siqnalı ilə verilərək döyüş vəziyyətinə gətirilib. Daha sonra müdafiə naziri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi məqsədilə real döyüş səraitinə uyğun atışlar icra edilib.
Müxtəlif artilleriya vasitələrindən döyüş tətbiqi icra olunub, həmçinin yeni alınan minaatan və ağır odatan sistemlərdən (AOS-1A), hazır olan və əvvəlcədən hazır olmayan mövqelərdən döyüş atışları həyata keçirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində olan taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb. Raket və artilleriya qoşunlarının hərbi hissəsində döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi hissələrin idarəetmə fəaliyyəti və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıblar.
Cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrin döyüş fəaliyyətlərinin inspeksiya yoxlanılması davam edir. Bütün bu yoxlama və döyüş atışları Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən aparılır. (ANS)
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.