banner
banner

Sosİal

Paytaxtda bal yarmarkası açıldı- FOTOLAR

Paytaxtda bal yarmarkası açıldı-
Bu gün Bakıda bal yarmarkası açılıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açılan arıçılıq məhsulları yarmarkası paytaxtda, Nizami küçəsi, 92 ünvanında keçirilir. 
Əməkdaşımız yarmarkada olub və qiymətlərlə maraqlanıb. Rəhman adlı arıçı deyib ki, qiymətlər 20 manatdan başlayır: “Mən çox bal gətirmişım, 700 kilo. İyirmi manatdan satıram. Daşkəsən balıdır. Oğlum içəridə satır, mən çöldə 15 manatdan da verirəm. Əla baldır. Hamısı yoxlamadan keçib”.
Yarmarkada müxtəlif bölgələrdən arıçılar var. Nazirlik hər il blın kiloqramının 15 manata satılacağını vəd etsə də, arıçılar qiyməti qaldırmağa cəhd edirlər. Bu dəfə də fərqli deyil. Arıçılar yarmarkanın ilk günü balın kiloqramını 20 manatdan satırlar. Müxtəlif çeşid ballar satışdadır. Daha çox çiçək balı təklif edilir. Doşab isə kiloqramı 10 manatdan satılır. 
 
Arıçı Rəfayət Musayev baldan hazırlanan məhsullardan da danışır və təkcə balla müalicə olunaraq dərmanlara ehtiyac duymadan yaşamağın mümkünlüyünü söyləyir.
 
Arıçı Vasif  İbrahimov isə deyir ki, baldan başqa, digər arıçılıq məhsullarını da satışa çıxarıb. Propolis, arı südü, güləm, çiçək tozu da müxtəlif qiymətə satılır.
 
Gədəbəydən olan arıçı Elsevər təbii çiçək balı satışa çıxardığını vurğulayır. Zaqataladan olan arıçı Araz Səttarov satdığı balın təmiz olduğunu vurğulayır və nazirlikdən müvafiq sertifikat aldıqlarını diqqətə çatdırır. Arıçı Asif də balın keyfiyyətinə zəmanətləri olduğunu bildirir və sertifikatı göstərir. Yarmarkada kilosu 15 manata balı az halda tapmaq olar. Bu qiymətə satanlar bildirilər ki, öz təsərrüfatlarının məhsulu olduğundan, bu qiymətə satmaq onlara sərf edir.
 
Arıçılıq məhsullarından çiçək tozunun yüz qramı 15-20 manat, güləmin yüz qramı 20-25 manat, vələmumun (propolisin) yüz qarmı isə 15 manatdan başlayır. Arı südünn qramı 5-10 manatdır. Mumun kilosu isə 20-25 manatdır, qaymaq deyilən məhlulun kilosu da 20 manatdan başlayır. Yarmarkada bala qatılmış çərəzlər, qoz, fındıq, kişmiş də qablaşdırılıb və müxtəlif qiymətə təklif edilir. Həmçinin, baldan hazırlanan kremlər də satışda var. 
 
Bəzi satıcılar yer darlığından şikayətlənirlər. Eyni zamanda, müştəri azlığından narazılıq edirlər. “Hələ birinci gündür. Yəqin ki, alıcı olacaq”,- deyə üçidli olanlar da var. Bəzi arıçılar isə bildirirlər ki, ildə bir dəfə təşkil olunan bu yarmarkalara məcbur olub gəlirlər: “Burada müştəri rayondakı kimi az deyil. Yoxsa ki, əziyyətdir. Darısqal yerdə otur, gözlə. Həm də ki, bu yarmarkanın əsl arıçılara xeyri yoxdur. Yarmarka kimlərsə üçün qazanc mənbəyidir. Biz yazıqlar alıcı ümidi ilə günlərlə gözləyirik. Baxın, ayda 60 manat yer pulu verəcəyik. Görək axırı necə olacaq”.
 
Qeyd edək ki, hər il yarmarkada saxta bal iddiaları olur. Bu il də nazirlik yarmarkanın ilk günü bildirib ki, 18 ton yararsız bal satışa buraxılmayıb. Yəni yarmarkaya gətirilən arıçılıq məhsulları müvafiq laborator yoxlamadan keçirilib: “Laborator yoxlamalar nəticəsində məlum olub ki, 18 ton bal yararsızdır və müvafiq standartlara cavab vermir”. Bundan başqa, bildirilir ki, yararsız arıçılıq məhsullarının əksəriyyəti cənub bölgədən gətirilib. Yarmarka oktyabrın 10-dan noyabrın 10-dək davam edəcək.
 
 
 




Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.