Şahzadə ilə xanımı psixi problemi olanlarla görüşdülər - fotolar
Böyük Britaniya şahzadəsi Uilyamla hersoginya Keyt Midlton Beynəlxalq Psixi Sağlamlıq Günü münasibətilə Harrou kollecinə səfər ediblər. Kral ailə üzvləri psixi problemləri olan uşaqlar və gənclərlə görüşüblər. Keytlə Uilyamın kollec ziyarəti orada təhsil alan problemli uşaqlar üçün böyük stimul olub.
Qeyd edək ki, Keyt, hər zamankı kimi bu dəfə də geyimi ilə diqqət çəkib. Hersoginyanın libası “Tory Burch”dan olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.