banner
banner

Dünya

İŞİD-i niyə zəiflətmək olmur – 4 səbəb...

İŞİD-i niyə zəiflətmək olmur –
Son aylar  dünyanın  gündəminin əsas mövzusu İraq İslam Şam Dövləti (İŞİD)  terror qruplaşmasının məhv edilməsi səylərinin gücləndirilməsidir. Bu qruplaşma  təkcə Yaxın Şərqi deyil, bütün dünyanı təhdid edir.  Hətta okeanın o tərəfində belə Pentaqon başçısı Eşton Karter də İŞİD terror təşkilatını ABŞ üçün əsas təhlükələrdən hesab edir. 

 İŞİD-ə  qarşı  yaradılan koalisiya qüvvələri  teror qruplaşmasını havadan vursa da, bu bəlanı birdəfəlik  məhv etmək mümkün olmur. Əksinə, zaman keçdikcə bu qruplaşmanın tərkibində vuruşanların sayı artır, əldə etdikləri silahların təhlükəlilik miqyası genişlənib. Hətta xarici mətbuatın yaydığı məlumatlara görə, bu terror qruplaşması artıq bəzi döyüşlərdə kimyəvi silahlardan da istifadə etməkdən çəkinmir. 

Bəs dünyanın hegemon gücləri İŞİD-i niyə zəiflədə, birdəfəlik sonuna çıxa bilmirlər?
 “Yeni Müsavat”a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, bunun səbəbi İŞİD-ə bəzi ölkələr tərəfindən verilən dəstəkdir: “Eyni zamanda,  onu da nəzərə almaq lazımdır ki, İŞİD öz təbliğatını normal səviyyədə qura bilib. İnternet üzərindən də fəaliyyətləri yüksək səviyyədə olduğu üçün  asanlıqla cahil insanları öz sıralarına cəlb edə bilirlər. Eyni zamanda, üzvlərinə də yüksək maaş təklif edirlər. Özünü dinə həsr edən, sosial durumu çətin olanlar da çox asanlıqla onların toruna düşür. Son günlərin bəzi məlumatları göstərdi ki, Amerikanın Suriya Azadlıq Ordusu üçün ayırdığı silahın bir hissəsi  İŞİD-in əlinə keçir. Belə ki, Amerikanın verdiyi silahların çoxu Suriya xalqının azadlığı üçün mübarizəyə qatılmış adamlar vasitəsilə  pulla İŞİD-ə satılır. Nəticədə isə hazırda  İŞİD  hər növ silaha malikdir. Bütün bunlar onu göstərir ki, bu terror qruplaşması hələ bir müddət də fəaliyyətdə olacaq. Rusiyanın Suriya hadisələrinə müdaxilə etməsi və Bəşər Əsəd  rejimini qorumaq istəməsi,  İŞİD-ə qarşı zərbələr vuran Türkiyə, Amerika və Qərb koalisiyasını daha  təmkinli hərəkət etməyə məcbur etdi. Artıq demək olar ki, bu baxımdan taktikalar dəyişdirilib”.
 
Politoloqun sözlərinə görə, dünyada bundan sonra bəzi məsələlər Rusiyanın davranışından asılı olacaq:“Son zamanlar Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində dəhşətli dərəcədə anti-Rusiya əhval-ruhiyyəsi yaranıb.  Yayılan məlumatlara görə, artıq Suriya ”İslam Cəbhəsi" döyüşçülərinin sayına görə  İŞİD-i üstələməkdədir. Bu isə o deməkdir ki, yeni bir güc mərkəzi də formalaşır. Onların da hədəfi hazırda İŞİD deyil, Rusiyadır. Suriyada  bir gündə Rusiyanın 10  tankını vururlar. Belə görünür ki, Rusiya üçün bu cəbhədə o qədər də asan olmayacaq. Artıq Qərbin hədəfində əsas Rusiyaya qarşı mübarizədir. Hələ ki, Rusiya dirəniş göstərir və göstərməyə çalışır ki, guya onlar Suriyada uğur qazanırlar. Baş verənlər göstərir ki, Rusiyaya qarşı  kütləvi terror hadisələri hazırlanır. Amerikanın  müdafiə naziri də Rusiyaya xəbərdarlıq etdi ki, həm terror əməliyyatlarına hazır olun, həm də yaxın zamanlarda Suriyada sizə qarşı hərbi əməliyyatlar hiss ediləcək dərəcədə böyük olacaq".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.