"Hər kəs mənə lağ edirdi" - nadir xəstəliyə tutulan model
Yoluxduğu vitiliqo xəstəliyini üstünlüyə və fərqliliyə çevirməyi bacararaq ən məşhur modellərdən biri olan Şantel Braun-Yanq (Vinnio Herlou) İstanbulda keçirilən "Forum Fashion Week" çərçivəsində podiuma çıxıb. O, müsahibə zamanı Ankaradakı terrora görə oteldən çölə çıxmayacağını deyib: - Həm kədərləndim, həm də qorxdum. Sülh üçün bir araya gəlmiş insanlara qarşı belə bir hərəkəti başa düşmürəm. Amma bu hadisə Türkiyə ilə bağlı fikirlərimi dəyişdirməyəcək. Terror dünyanın hər tərəfində var və heç yerdə bu ədalətli deyil.
O, bədənindəki ləkələr haqda da danışıb:
- Uzun illər öncə bədənimdəki ləkələrlə barışdım və özümü daha çox sevməyə başladım. 4 yaşımda həkim mənə Maykl Ceksonun da yoluxduğu bu xəstəliyin diaqnozunu qoyub. Məktəbdə dostlarım mənə çox lağ edərdilər. Lağ etdikləri üçün təhsili yarıda buraxıb, məktəbdən çıxdım.
Nadir xəstəliklə dünyanın ən məşhur simalarından birinə çevrilən Şantel həyatını dəyişən nöqtəni belə təsvir edib:
- Özümə qapanmadım. Gözəl üzüm və bədənim var idi. Sosial şəbəkələrdə fotolarımı paylaşmağa başladım və Tayra Benks məni öz şousuna dəvət etdi və beləliklə karyeramda addımlar atmağa başladım. Bu il Nyu-York moda həftəsində artıq podiumdaydım. Qüsurlarla da gözəl olmağın mümkünlüyünü hər kəsə sübut etdim.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.