Ankarada 100-ə yaxın insanın həyatını itirdiyi qətliamın ardınca internet istifadəçiləri üçün facebook və twitterə girmək problem olub. Türkiyə mətbuatının yazdığına görə, sosial medianın iki nəhənginə yavaşlama tətbiq olunub. Maraqlıdır ki, hadisə baş verən saatlarda insanlar daha çox sözügedən şəbəkələrə veb vasitəsilə daxil ola bilirdi.
Quzey İraqdakı PKK hücumları, eləcə də Suruç qətliamı zamanı da sosial mediaya yavaşlama tətbiq olunmuşdu.
Baş nazirlik də meydana gələn partlayış haqqında keçici yayın qadağası gətirildiyini elan edib. Rəsmi açıqlamaya görə, bu, RTÜK (Radio Televiziya Üst Kurumu) tərəfindən keçici olaraq yayın yasağı olub. İddialara görə, yayın qadağası partlama anına aid videogörüntülərə görə həyata keçirilib.
Ankaradakı məlum partlayışla bağlı daha bir ilginc iddia isə hadisədən bir gün öncə twitterdə “Pir Ozan Abdal” adlı hesabdan yazılanlar idi. Türkiyə mətbuatı yazır ki, sözügedən şəxs “Ankarada mümkün olacaq bir bombalı hücum ən böyük qətliamlardan birinə səbəb ola bilər” deyə açıqlama yazıb. Ozan Abdal eyni zamanda aşağıdakıları qeyd edib: “Ən qorxunc ehtimal da Suruç və başqaları ola bilər. Baş verə biləcək bombalı aksiya ən böyük qətliamlardan birinə yol aça bilər, bu da ehtimal daxilindədir. Mitinqin qanuni olması qətliamın siyasi mənfəətə çevrilməsinə səbəb olur, bu vəziyyət də belə bir hücumun ehtimalını artırır”.
Kimliyi bilinməyən twitter istifadəçisi eyni zamanda yazıb ki, “sabah orda ölsəm, əsla və əsla ölkəsini sevmədi deməsinlər. Mən bu ölkəni Ədirnədən Ardahana qədər çox sevdim”. Bu, onun vida mesajı olub.
Maraqlıdır ki, gecə 00.22-dən sonra silsilə paylaşılan 8 tvittin sahibi hücumdan sonra hesabını bağlayıb.
Amma sosial şəbəkə vasitəsilə tanınmışlar hadisə ilə bağlı mesajlarını yayıblar. Onlardan bir neçəsini diqqətə çatdıraq:
Mahsun Qırmızıgül: «Yazıq, günah» bu ölkəyə. Yaşanılan bu acıları, insanlarımız haqq etmir. Terrorun hər cürünü lənətləyirəm.
Selçuk Yöntem: «Bu nə vəhşilikdir, bu nə insanlıqdır. Lənət olsun bunu edənlərə».
Atilla Taş: «Ankaradakı partlamada həyatını itirənlərə rəhmər, yaralılara şəfa diləyirəm. Hər kim bu qandan xoşlanırsa, ona da lənət diləyirəm».
Arda Turan: «Ankarada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. İçimiz yanır. Bu gözəl ölkə qardaşlıq coğrafiyası olsun artıq».
Cem Yılmaz: «Başımız sağ olsun. Terrora, insan həyatını heçə sayan hər fikrə lənət olsun».
Amma sosial şəbəkədə də bu qətliamı törədənlərlə bağlı müxtəlif fikirlər, təpkilər vardı. Bu hadisənin PKK tərəfindən törədilməsi, eləcə də hədəf olaraq solçuların göstərilməsi də ana xətlərdən biri idi. Ankarada yaşayan həmkarımız Şəhla Əbusəttar bu cür düşüncədə olanlara sosial şəbəkədəki hesabından cavab vermişdi: “Solçular ölmüş, solçular yapmış, iyi olmuş diyen zihniyyet sizin içinizde insanlık ölmüş, hepinizden tiksiniyorum... Solcular ölmüş diye sevinen bir kişi dahi varsa kendi dostlugumdan çıksın. Kana bakıp sevinen ve müslümanım diyenler ben kafir olmaya varım, yeter ki sizden olmayım... Gerizekalılar, insan ölmüş, insan, başınıza gelsin, inşallah”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.