banner
banner

Gündəm

İcra başçısının polis rəisi olan oğlu yeni vəzifə aldı

İcra başçısının polis rəisi olan oğlu yeni vəzifə aldı

Bakıda daha bir polis bölməsinin rəisi dəyişdirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsinin rəisi Xəlil Səfərov tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, Xəlil Səfərov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərovun oğludur.

Xatırladaq ki, bundan əvvəl R.Usubov Sabunçu RPİ 14-cü polis bölməsinin rəisi Zaur Bədəlovu tutduğu vəzifədən azad edərək Səbayel RPİ 41-ci polis bölməsinə, Xətai RPİ 34-cü polis bölməsinin rəisi Zaur Məmmədovu isə tutduğu vəzifədən azad edərək 14-cü polis bölməsinin rəisi vəzifəsinə təyin edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.