İngiltərədə “The Sun” qəzeti “74 yaşlı ingilis kişi 350 qamçı cəzasıyla qarşı-qarşıya” başlıqlı xəbər dərc edib.
Qəzet evində şərab istehsal edən Karl Andreenin bir ildən çoxdur Səudiyyə Ərəbistanda həbs edildiyini yazıb.
Məhkəmə neft firmalarının birində çalışan 74 yaşlı kişiyə hökm oxuyub, 350 qamçı cəzası verilib. Astma xəstəsi olan Karl Andreenin ailəsi İngiltərənin baş naziri David Camerona müraciət edib, qamçı cəzasının geri götürülməsi barədə xahiş olunub.
Qəzet yazır ki, əslində Karla 12 ay həbs cəzası verilib. Ancaq onun maşınında spirtli içki də tapıldığı üçün cəzası artırılıb.
Ailə isə qəzetə açıqlamasında 75 yaşlı kişinin 350 qamçıya dözməyəcəyini, ölə biləcəyini vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.