Bir qədər əvvəl xərçənglə mübarizə apardığını və kimyəvi terapiya aldığını açıqlamaqla gündəmə gələn Selena Qomez Nyu-York küçələrində görüntülənib. Cia.az “Dailymail”ə istinadən xəbər verir ki, 23 yaşlı amerikalı müğənni geyimi ilə diqqət çəkib. Selena küçə stili üçün trikotin materialdan hazırlanmış uzun yarıqlı ətək və kofta seçib. Qara rəngə üstünlük verən müğənni alt paltarı geyinməyib. Belə görünüşündən narahat olmayan Selena fanatlarının istəyini yerə salmayaraq onlarla selfi də çəkdirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.