İordaniya Şahzadəsi Əli bin El-Hüseyni fevral ayında keçiriləcək FİFA prezidentliyi üçün namizədliyini rəsmi olaraq irəli sürüb.
Cia.az xəbər verir ki, FİFA İcraiyyə Komitəsinin Zepp Blatter və Mişel Platinini vəzifələrindən 90 gün uzaqlaşdırdığı üçün Şahzadə Əli daha şanslı görünür. Qeyd edək ki, Şahzadə Əli ibn El-Hüseyni may ayında FİFA-nın prezident seçkilərində iştirak etsə də, daha sonra namizədliyi geri götürmüşdü.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.