banner
banner

Hərbİ

Finlandiyalılar cəbhə bölgəsində

Finlandiyalılar cəbhə bölgəsində

Finlandiya Dövlət Teleradio Şirkətinin (YLE) əməkdaşları Vesa Toiyonen və İvar Heinmaa bir neçə gündür ki, respublikamızda yaradıcılıq ezamiyyətindədirlər. Onlar Azərbaycan haqqında yeni sənədli televiziya filiminin çəkilişləri ilə əlaqədar cəbhə bölgələrinə səfər etmiş, müharibə nəticəsində dağıdılaraq viran qalmış yaşayış məntəqələrini öz gözləri ilə görmüş, yerli əhali, qaçqınlar və hərbçilərlə görüşmüşlər.
Suriya, Əfqanıstan, İraq, Çeçenistan, Ukrayna və dünyanın digər qaynar ölkələri barədə bir çox filmin müəllifləri olan finlandiyalı qonaqlar qeyd etmişlər ki, onlar 1990-cı illərdən başlayaraq mütəmadi olaraq ölkəmizə gəlir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər.
Əgər əvvəlki filmlərdə neft-qaz məsələlərinə, qaçqınların problemlərinə geniş yer vermişdilərsə, növbəti filmdə onlar cəbhə bölgələrindəki reallıqları dünya ictimaiyyətinə çatdırmağı qarşılarına məqsəd qoymuşlar.
Tərtər rayonunun Qapanlı kəndində 25 yaşlı oğul itirmiş Almaz ananın göz yaşları, hər gün atəş altında yaşamalarına baxmayaraq doğma ocağını tərk etməyəcəyini inamla bildirən Xuraman Qədir qızının fədakarlığı, Laçın qaçqınlarının vətən həsrəti və döyüş növbəsi aparan əsgər və zabitlərin vətənpərvərlik ruhu, ayıq-sayıqlığı yeni filmin yaradıcılarını təsirləndirmişdir. Kənd qəbirstanlığında şəhid Elməddin Cəfər oğlunun məzarı yaxınlığında çəkilişlər aparılarkən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulduğunun şahidi olmuşlar.
Film üçün müsahibə zamanı polkovnik Abdulla Qurbani ermənilərin Azərbaycana qarşı torpaq iddialarının tarixindən, beynəlxalq terrorizmdə erməni terrorizminin yerindən ətraflı məlumat vermiş, son vaxtlar Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv olaraq pozulduğunu, düşmənin təxribat xarakterli hərəkətlərə tez-tez yol verdiyini, cəbhəboyu bölgələrdə yaşayan əhalinin ciddi ziyan çəkdiyini vurğulamışdır.
Çəkiliş üçün hərtərəfli şərait yaradıldığına görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirən Finlandiya Dövlət Teleradio Şirkətinin (YLE) Beynəlxalq sənədli filmlər proqramının rəhbəri Vesa Toiyonen və kinooperator İvar Heinmaa Azərbaycana növbəti səfərləri zamanı erməni işğalından azad ediləcək torpaqlarda çəkilişlər aparmaq arzusu ilə cəbhə bölgələrindən xoş təsuratlarla ayrılmışlar.
Qonaqları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı Gülnarə Əskərova müşaiyyət etmişdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.