Xalq artisti Nisə Qasımova özü ilə bağlı maraqlı etiraf edib. Axşam.az-ın məlumatına görə, müğənni “Mənim dünyam” verilişində sənətdən getmək istədiyini deyib: “Özümü tənqid etməkdən xoşum gəlir. Bu yaxşı əlamətdir. Dəfələrlə demişəm ki, bu sənətdən gedirəm, oxumayacam. Boş-boş vaxt aparır. Camaata, millətə nə bəxş etmişəm? Sənət aləmi elə bir dünyadır ki, buradan nə tamaşaçı, nə də sənətkarlarımız ayrılmaq istəyir. Son vaxtlar görürəm ki, bu hesabatla yaşayan tək mən deyiləm. Sənətkar olan nəsil öz-özünə belə hesabat verir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.