banner
banner

Gündəm

Pirverdiyev maaş vermir - İşçilər şikayətçidir

Pirverdiyev maaş vermir -

“Azərenerji” ASC ciddi maliyyə problemi ilə üzləşib.

Cia.az xəbər verirki, Turan agentliyi müəyyən edib ki, vergi orqanları III rüb üzrə dövlət büdcəsinə vaxtında ödəniş tələb ediblər. Bununla bağlı şirkətin bütün gəlirləri büdcə öhdəliklərinə xidmətə sərf edilib. “Azərenerji” ASC digər problemlə üzləşib – əməkdaşlarına maaş verə bilmir. Oktyabrın yarısı arxada qalıb, amma şirkətin əməkdaşları avqust maaşını ala bilmir. “Deyirlər ki, bir qədər də dözün”, – deyə “Azərenerji” ASC-nin əməkdaşlarından biri bildirib.

“Azərenerji”də maaş böhranı ilə bağlı “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, qurumun rəhbərliyi işçilərlə söhbətdə məsələyə görə “Azərişıq”ı ittiham edib. İddia edilib ki, “Azərişıq” “Azərenerji”dən aldığı enerjinin pulunu vermədiyinə görə maaş böhranı yaranıb. Lakin işçilər araşdırma zamanı öyrəniblər ki, “Azərişıq” pulu ödəyib. “Azərişıq”dan onlara bildirilir ki, həmin pul “Azərnereji”nin kreditlərinin qaytarılmasına sərf edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.