banner
banner

Sağlamlıq

Xəstələnməmək üçün nə yemək lazımdır?

Xəstələnməmək üçün nə yemək lazımdır?

Soyuq fəsillərdə insanlar daha tez soyuqdəymə xəstəliklərinə tutulur.

Bəzi qidalar insanın infeksiyalara qarşı davamlılığını artırır, immuniteti möhkəmləndirir. Bu qidaları daha tez-tez qəbul edin.

- Sarımsaq insanın immun sistemini möhkəmləndirir, virus və bakteriyarlara mübarizə aparır.

- Bal universal vasitədir - orqanizmə ümumi möhkəmləndirici təsir edir.

- İtburnu immun sistemini möhkəmləndirir, virus və mikrobəleyhinə təsir edir.

- Balıq sinklə zəngindir. Sink isə immun sisteminin fəaliyyəti üçün çox vacibdir.

- Süd məhsulları (kefir, qatıq, yoqurt) bağırsaqların mikroflorasını yaxşılaşdırır. Bu isə immun sisteminin fəaliyyətini stimullaşdırır.

- Kök A vitamini ilə zəngindir. Bu vitamin orqanizmin infeksion xəstəliklərinə olan davamlılığını artırır.

- Bolqar bibəri də insanın immun sistemini möhkəmləndirən məhsullardan biridir.

- Kələmin istənilən növləri (ağ kələm, gül kələmi, brokkoli və s.) insanın immun sisteminin daha fəal şəkildə işləməsi üçün çox faydalıdır.

- Su selikli qişaların nəmliyini saxlayır. Bu olduqca vacibdir. Selikli qişalarımız orqanizmdə müdafiə funksiyanı yerinə yetirir. Ətraf mühitdən orqanizmə düşən bakteriyalar, mikroblar burada "ilişir" və məhv edilir. Lakin bunun üçün selikli qişalar nəm olmalıdır. Əks halda onlar öz müdafiə funksiyasını yerinə yetirə bilməyəcəklər. Gün ərzində maye (yaşıl çay, itburnu dəmləməsi, bal əlavə olunmuş ilıq su, quru meyvələrdən kompotlar və s.) qəbul etməyi unutmayın.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.