2015-ci ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 30,12 milyard manata çatıb.
Cia.az Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər isə 4,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 75,59 faizi son istehlak xərclərinə, 9,45 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,88 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,08 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,27 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.