Baş rollarda Burak Özçivitlə Neslihan Atagülün çəkildiyi “Kara sevda” serialının ilk bölümü ötən gün ekranlara gəlib. Çəkiliş heyəti ilk serianı birlikdə izləyib. Gecəyə Burak sevgilisi Fəxriyyə Evcənlə, Neslihan isə Kadir Doğulu ilə qatılıb. Diqqətçəkən məqam isə Burak Özçivitlə Kadir Doğulunun bir-biri ilə danışmaması olub. Xatırladaq ki, aktyorların küsülülüyünə səbəb Neslihanla serialdakı öpüşmə səhnəsindən sonra Burakın sosial şəbəkədə “Kadir, dostum, bizdə səhv addım olmaz” sözlərini yazması səbəb olub. Kadir isə qarşılığında “Bu qədər özünə aşiq olan adam... Çox təhlükəlidir” cavabını vermişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.