banner
banner

Gündəm

Gədəbəydə 26 kənd qazlaşdırılıb: bəs Şınıx kəndləri necə olsun?!

Gədəbəydə 26 kənd qazlaşdırılıb:

Gədəbəy Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib.

Bu münasibətlə keçirilən yığıncaqda rayonun aidiyyəti idarə və təşkilat rəhbərlərinin məlumatları dinlənilib.

Diqqətə çatdırılıb ki, rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təchiz olunub. Hazırda kəndlərin qazlaşdırılması işləri sürətlə davam etdirilir. Artıq 29 yaşayış məntəqəsi “mavi yanacaq”la təmin olunub. Digər kəndlərin də qazlaşdırılması istiqamətində tədbirlər görülür.

Bildirilib ki, qış mövsümünə hazırlıqla bağlı 17 transformator əsaslı şəkildə təmir edilib və yarımstansiyalar texniki baxışdan keçirilib. İstismara yararsız və standartlara uyğun gəlməyən, bir çox hallarda qəzalara səbəb olan elektrik avadanlıqları və dayaqlar, eləcə də naqillər təzələnib. Əhalinin qış mövsümündə “mavi yanacaq”la davamlı təminatı üçün qaz təchizatı sistemi texniki baxışdan keçirilərək nasazlıqlar aradan qaldırılıb.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edərək qışa hazırlıqla bağlı işdə yol verilmiş nöqsanları diqqətə çatdırıb, şaxtalı havalarda yol təsərrüfatında yarana biləcək problemlərin vaxtında aradan qaldırılması üçün tədbirlər görülməsi barədə tapşırıqlar verib.

Qeyd edək ki, Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsinin kəndlərinin qazlaşdırılması problemi “Azəriqaz” rəhbərliyinin bu bölgəyə qarşı ayrı-seçkiliyi və anlaşılmaz münasibəti üzündən düyünə düşüb. Bölgənin cəmi 3-4 kəndinə qaz verilsə də 20-yə yaxın kənd qazsızdır. Və meşələr qırılıb tükənmək üzrədir, əhali yanacaq problem üzündən evlərini tərk edir.

Bu günlərdə “Azəriqaz” rəhbəri Əkbər Hacıyev keçirdiyi mətbuat konfransıda elan edib ki, Şınıx bölgəsinin qalan kəndləri qazlaşdırılmayacaq və əhali onlardan qaz gözləməsin.

Ə.Hacıyev bunu “bölgənin kəndlərinin keçilməz olması və texnikanın işləməsinin çətinliyi” ilə izah edib. Hərçənd ki, bu  arqumentin tamamilə əsassız olduğunu bölgənin coğrafi şəraitinə bələd olanlar yaxşı bilir.

O vaxt Əkbər Hacıyevin bu bəyanatı Gədəbəy rayon rəhbərliyində də narahatlıq yaratmışdı və SOCAR prezidenti Rövnəq Abdullayevə rəsmi məktub göndərilərək məsələyə izahat verilməsi istənilmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.