banner
banner

Gündəm

Eldar Mahmudovun daha bir qohumu hədəfdə - Yoxlama başladı

Eldar Mahmudovun daha bir qohumu hədəfdə -

Vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun indiyə qədər medianın diqqətindən kənar qalan biznesi, vəzifədə olan yaxın qohumları ilə bağlı məsələlər ciddi müzakirə olunmaqdadır.

Bu dəqiqələrdə eks nazirin vəzifədə olan yaxın qohumu ilə bağlı maraqlı məlumat daxil olub. Məlumata görə, Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra öz qohumu Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyində rəhbər vəzifəyə gətizdirib.

Həmin vaxtdan bəri o, burada sədr işləyir. Məlumat üçün bildirək ki, BTRİB-ə rəhbərlik Bakı şəhərində olduqca strateji vəzifələrdən sayılır. Belə görünür ki, Eldar Mahmudov da telefonların rahat şəkildə dinlənilməsi üçün öz yaxın qohumunun yardımından istifadə edib.

Məlumata görə, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları Birliyi nəzarətə götürüblər. Həmin idarədə yoxlamaların başlandığı və Beytulla Hüseynovun yaxın zamanlarda vəzifəsindən azad olunacağı gözlənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.