Hər zaman çılğın imici və geyim tərzi ilə diqqət çəkən aktrisa Helena Bonem Karter bu dəfə də ənənəsinə sadiq qalıb. Özündən başqa heç kimdə olmayan libasları ilə tanınan aktrisa alış-veriş zamanı görüntülənib. 49 yaşlı Helena boyanmaq vaxtı çatmış dağınıq saçları və qəribə geyim tərzi ilə ətrafdakıların diqqətini üzərinə toplayıb. Aktrisa şəkilllərinin çəkilməsinə əhəmiyyət verməyərək avtomobilinə minib və evinə yollanıb. Xatırladaq ki, bu, vaxtilə rejissor Tim Bartonla evli olan Helena Bonhem Karterin küçəyə ilk belə çıxışı deyil. O, daha əvvəllər də qəribə geyim tərzi ilə paparassilərin hədəfində olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.