banner
banner

Sosİal

Milli Məclisin iclası olacaq

Milli Məclisin iclası olacaq

Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclası keçiriləcək.

İclasda parlamentin qanunvericilik işləri planı müzakirə olunacaq. Deputatlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə toplantısının Bəyannaməsinin, Azərbaycan Respublikasının Prezidenti və Fransa Respublikası Prezidentinin Birgə Bəyannaməsinin, həmçinin “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin, “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”, “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişlərin, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu”nun, “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihələrinə baxacaqlar.

“Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında qanun layihəsi də müzakirə olunacaq.

Milli Məclis İnzibati Xətalar, Gömrük, Vergi, Əmək, Şəhərsalma və Tikinti məcəllələrində, “Poçt” haqqında, “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi” haqqında, “Fitosanitar nəzarəti haqqında”, “Baytarlıq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Standartlaşdırma haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Valyuta tənzimi haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Siyasi partiyalar haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.