Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Bakı-Sumqayıt yolunun bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli salamnews-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzalına yaxın ərazidə istinad divarlarının bərkidilməsi ilə bağlı təmir işləri aparılıb.
"Bakı-Sumqayıt yolunun bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hələ ki, “Azəryolservis” ASC tərəfindən yolun bağlanması və orada təmir işlərinin aparılması ilə bağlı qərar verilməyib", - deyə ASC sözçüsü bildirib.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal ərazisi yaxınlığındakı yolda çökmə baş verib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.