banner
banner

Gündəm

Barəsində həbs xəbəri yayılan rəis - danışdı

Barəsində həbs xəbəri yayılan rəis -

Nizami Rayon Telefon Qovşağının müdiri Fətulla Seyidov: “Əgər bu dövlətə layiq deyiləmsə, cəzamı çəkməyə hazıram” 

Daha bir rabitə işçisinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı xəbər yayılıb.
Musavat.com-a daxil olan məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla  Hüseynov saxlanıldıqdan sonra, onunla yaxın münasibətdə olan rabitəçilərin də işlərində yoxlama başlayıb. Əldə etdiyimiz bilgiyə görə, bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Nizami rayon Telefon Qovşağının rəhbəri Fətulla Seyidov saxlanılıb. Onun fəaliyyətinin yoxlanılmağa başladığı, özünün isə istintaqa cəlb edildiyi deyilir. 
 
Fətulla Seyidov özü musavat.com-a açıqlamasında xəbəri nə təsdiq, nə də inkar edib. Bildirib ki, Beytulla Hüseynovla qohumluğu yoxdur: “Biz sadəcə olaraq onunla birlikdə Naxçıvanda çalışmışıq. Yəni iş yoldaşı olmuşuq. Ümumiyyətlə, rabitəçilər hamısı bir-biri ilə yaxındırlar. Onunla hər hansı bir qohumluğum yoxdur. Mən amasiyalıyam, o, Sədərəkdəndir. İnstitutu bitirdikdən sonra təyinatla Naxçıvanda işləməyə getdim, Beytulla müəllimlə ordan tanışlığımız başladı. Hökumət  var, qanun var. Əgər mənim hər hansı bir günahım olacaqsa, bu dövlətə layiq deyiləmsə, tutub həbs edəcəklər. Bundan sıxıntım yoxdur. Şükür  ki, hər şey göz qabağındadır” - deyə F.Seyidov bildirib. 
 
Xatırladaq ki, oktyabrın 20-də Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynov hüquq-mühafiə əməkdaşları tərəfindən saxlanılıb. Onun “MTN işi”nə görə tutulduğu haqda iddialar var. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.