Oktyabrın 20-də vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov da hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Məlumatlara görə, Hüseynovun bu quruma rəhbər olmasına Eldar Mahmudov yardım edib. Buna səbəb isə ölkədə telefon danışıqlarına daha rahat şəkildə nəzarət etmək olub.
Bəs adıçəkilən qurumun Milli Təhlükəsizlik Nazirliyi və bilфvasitə Eldar Mahmudovla əlaqəsi, işbirliyi nə olub?
Musavat.com-a açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl cavab verib. O bildirib:
“Respublikanın əməliyyat-axtarış fəaliyyəti haqqında qanunu var. Bu qanuna əsasən, Azərbaycan Respublikasının müvafiq orqanı, konkret olaraq Milli Təhlükəsizlik Nazirliyi bütün rabitə vasitələrindən əməliyyat məqsədi ilə dinləmə həyata keçirə bilər. Yəni təkcə Bakı Telefon Rabitə İstehsalat Birliyi ilə yox, bütün rabitə qovşaqları ilə dinləmə apara bilər. Bu qanunla tənzimlənir. Sadəcə olaraq 24 saat ərzində məhkəmənin qərarı olmalıdır ki, məhz bu adamın telefon danışıqlarına filan səbəbə görə qulaq asılır. Lakin son zamanlar Milli Təhlükəsizlik Nazirliyində telefonların dinlənilməsi tamam başqa məqsədlərə görədir. Bununla yuxarıda söylədiyim məsələnin əlaqəsi yoxdur”.
Onu da qeyd edək ki, BTRİB paytaxt ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radio rabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir. Yəni qurumun sahib olduğu imkanlar ölkədə istənilən şəxsin danışığını dinləməyə imkan verir. Məhz bu səbəbdən də Eldar Mahmudov vəzifəyə gəldikdən sonra dərhal öz qohumu olan B. Hüseynovu həmin idarəyə rəhbər kimi təyin edib. Məlumatlara görə, 2004-cü ildən etibarən quruma rəhbərlik edən Beytulla Hüseynov son zamanlar o qədər arxayınlaşıbmış ki, heç kimi saya salmırmış.
Eyni zamanda məlumatlara görə, “Aztelekom” İstehsalat Birliyinin sədri Məhəmməd Məmmədovla da Beytulla Hüseynovun arasında problemlər yaşanıb. Onlar arasında gərginlik adını qeyd etdiyimiz iki qurumun birləşəcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra başlayıb. Belə ki, hər iki şəxs yaradılacaq yeni quruma rəhbər olmaq istəyib. Hazırda isə Beytulla Hüseynovun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad ediləcəyi gözlənilir. Bu halda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “Aztelekom” İstehsalat Birliyinin birləşdirilməsi zamanı yaranan yeni quruma da rəhbər kimi Məhəmməd Məmmədovun təyin olunacağı istisna deyil.
Əldə etdiyimiz son məlumatlara görə, artıq Beytulla Hüseynovun yaxın əlaqədə olduğu rabitəçilərin də işi hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.