Aktrisa Meqan Foks və musiqiçi Brayan Ostin Qrin avqustda boşanmaq üçün sənədlərini versələr də, onları tez-tez bir yerdə görmək mümkündür. Ulduzlar dünən uşaqları ilə birgə Nyu-Yorkda balqabaq bazarında obyektivə düşüblər. Onların mehriban davranışı da diqqətdən yayınmayıb. Qeyd edək ki, Meqan Foksla Brayan Ostin 2010-cu ildə ailə qurublar. Cütlük 2004-cü ildən sevgilidir. Onların Noa və Bodi adlı azyaşlı uşaqları var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.