banner
banner

Hərbİ

Gənclər xüsusi hərbi hazırlığa cəlb edilir

Gənclər xüsusi hərbi hazırlığa cəlb edilir
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası” təsdiq edilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, qaydalara əsasən hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişilər, növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən yararlı çağırışçılar xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb olunacaqlar.
 
Qaydada qeyd olunur ki, hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi xidmətin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.