banner
banner

Gündəm

“MTN işi”ndə Rauf Mirqədirov nüansı

“MTN işi”ndə Rauf Mirqədirov nüansı
Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə materiallar artıq məhkəməyə göndərilib.  
Məsələ ilə bağlı musavat.com-a  Mirqədirovun vəkili Fuad Ağayev aşağıdakıları söyləyib:
“Rauf Mirqədirova  qarşı verilmiş ittiham tamamilə əsassızdır. Bunu biz öncədən də söyləmişdik. İndi isə iş materialları ilə tanış olduqca  bir daha qətiyyətlə söyləyə bilərik. 
Məndə olan məlumata görə, son günlər Milli Təhlükəsizlik Nazirliyində keçirilən əməliyyatlar nəticəsində saxlanılan şəxslər arasında Rauf Mirqədirovun işi ilə bağlı adamlar da var. Bir sıra faktlar ortaya çıxarmışıq.  Məhkəmə zamanı çox ciddi faktlar ortaya qoyulacaq”.
Rauf Mirqədirovun sağlıq vəziyyətindən də danışan vəkil bildirib:
“Rauf Mirqədirovun sağlıq durumu elə də yaxşı deyil”.
Qeyd edək ki, Rauf Mirqədirov keçən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.
 
Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı yaydığı məlumatda deyilir: Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin, dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.