banner
banner

Gündəm

Suriyada döyüşən azərbaycanlı - İŞİD-çi tutuldu

Suriyada döyüşən azərbaycanlı
Oktyabrın 15-də Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu I Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Şirinov Babək Pərviz oğlu saxlanılıb.
Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən AzVision.az - a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşmüş B. Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq olub.
 
Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqatala rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu da saxlanılıb.
Oktyabrın 18-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana qaçaqmal gətirilməsi cəhdinin qarşısı alınıb. Sərhəd naryadı tərəfindən təqib olunan sərhəd pozucusu iki bağlamada Çin istehsalı olan 254 ədəd mobil telefonu hadisə yerində ataraq geri qaçmağa müvəffəq olub.
 
Oktyabrın 20-də Ağstafa rayonunun ərazisində yerləşən “Dəmirtəpə” sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini Məmmədov Elsevər Rasim oğlu Gürcüstandan Azərbaycana 30 baş iribuynuzlu mal-qara gətirərkən saxlanılıb.
 
Hər üç fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.