banner
banner

Sağlamlıq

Qış çəkməsi alarkən bunlara diqqət edin

Qış çəkməsi alarkən bunlara diqqət edin

Havaların soyuması, yağışların başlaması ilə 2015-2016 payız-qış ayaqqabı və botları artıq satışdadır. Bəs qış üçün ayaqqabı alarkən nələrə diqqət etməli olduğunuzu bilirsinizmi? Aile.lent.az qış ayaqqabısı alarkən bilməli olduqlarınızı təqdim edir.

Ayaqqabı alarkən mütləq hər iki ayağınıza geyinib bir az hərəkət edin. Ayaqqabının üst qisminin də mütləq dəri olmasına diqqət edin.

Uzaq şərq, özəlliklə Çin mallarına xüsusi diqqət edin. Ucuzdur deyə alınan ayaqqabı sağlamlığınızdan dəyərli deyil. Bütün bədən sinirləri ayaqdan keçir və ziyanlı ayaqqabılar ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Özəlliklə qışda çəkmə geyinərkən dabankeşdən istifadə etməliyik. İstifadə etmədikcə deformasiya ola bilər.

İslanan ayaqqabını soba, ya da qızdırıcıların altında qurutmayın. Qəlibləri korlanır. Ən yaxşısı içinə qəlib qoyub öz halında qurumağını gözləməkdir.

İç astarları sintetik materialdan olanları almayın.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.