Ermənistan tərəfi Azərbaycanda əsirlikdə olmuş erməni əsgər Akop İnciqulyanın məhkəmədə dindiriləcəyi barədə məlumat verib.
ANS PRESS-in məlumatına görə, erməni tərəfi iddia edir ki, qohumlarının qəbrini ziyarət etmək üçün getdikləri Kəlbəcərdə girov götürülmüş azərbaycanlılardan Akop İnciqulyanın dindirilməsinin videoyazısı götürülüb.
Qeyd edək ki, A.İnciqulyan 2013-cü il, avqustun 8-də təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub. 2014-cü ilin avqust ayının sonlarına kimi Azərbaycanda saxlanılan erməni hərbi əsir Akop İnciqulyan üçüncü ölkəyə təhvil verilib. Daha sonra Ermənistana geri dönən Akop İnciqulyan yenidən Ermənistan ordusunun sıralarına qayıdıb.
Xatırladaq ki, Ermənistan tərəfi 2014-cü ilin iyul ayında yaxınlarının qəbrini ziyarət etmək üçün öz Kəlbəcərə getmiş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Digər azərbaycanlı Həsən Həsənov isə işğalçı Ermənistan ordusu tərəfindən öldürülüb. Dağlıq Qarabağda işğalçı rejim tərəfindən qurulan məhkəmə məzhəkəsində həmyerlilərimizə qarşı uydurma ittihamlar irəli sürülür. Mərhum Həsən Həsənovun guya Akop İnciqulyanın dindirilməsində iştirak etməsi də bu uydurma ittihamlardan biridir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.