banner
banner

Gündəm

"Həbs edilən şəxs mənim müavinim deyil" - Qamət Süleymanov

"Həbs edilən şəxs mənim müavinim deyil" -
"Saxlanılan Adil Rəcəbov mənim müavin deyil, mənimlə onun heç bir əlqasi yoxdur. Bu barədə mətbuatda yayılmış xəbərlərdə yanlışlıq var". 
Bunu musavat.com-a "Əbu-Bəkir" məscidinin imamı Hacı Qamət Süleymanov deyib. Q.Süleymanov deyib ki, onun heç vaxt müavini olmayıb: "Kim nə gəldi yazır. Dəqiqləşdirmədən adımı hallandırırlar. Sadəcə olaraq həbs edilən namaz qılan qardaşlardı."
Xatırladaq ki, oktyabrın 23-də Bakıda polis radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanlardan Adil Rəcəbov Qamət Süleymanovun müavini kimi təqdim olunub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a bildirilib ki, yazxın dəqiqələrdə əməliyyatla bağlı nazirlik rəsmi açıqlama yayacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.