banner
banner

Gündəm

Ermənistanda İsrail əsgərinin başına gələnlər

Ermənistanda İsrail əsgərinin başına gələnlər

Arik Martuinin ötən həftə İsrailə dönüşü dramatik olub. Ermənistan rəsmiləri onun ölkəni tərk etməsinə imkan vermirdilər. 

Arik həm İsrail, həm də Ermənistan vətəndaşıdır. İsrail hərbi hava qüvvələrinin çağırışçısıdır. İki ay əvvəl Ermənistana - öz ata yurdunu ziyarət etməyə gedibmiş. Evə qayıtmaq istəyəndə isə Ermənistanın sərhəd xidməti əməkdaşları ona mane olublar.

İsrail rəsmiləri bunu öyrənəndə şoka düşüblər.

Martuinə deyilib ki, o, Ermənistan vətəndaşı olduğuna görə bu ölkənin ordusunda xidmət etməlidir.

Bundan sonra o, facebooka üz tutub, İsrailə qayıtmasına köməklik göstərilməsini xahiş edib.  

İsrail Silahlı Qüvvələri çıxış yolu təklif etmək üçün hər hansı bir vasitəyə malik olmadığını bildirib.

Bu məqamda israilli vəkil Eyal Paltek əsgərin köməyinə gəlib.

Xarici İşlər Nazirliyinin rəsmiləri də iki ay ərzində diplomatik kanallarla məsələni həll etməyə çalışıblar. Lakin onların da səyləri boşa çıxıb.

İsrail rəsmiləri Martuinə deyiblər ki, o, Ermənistan hökuməti ilə işləmək üçün yerli bir vəkil tutmalıdır.

“Mən burada həbsxanadayam və bu absurd vəziyyəti başa düşə bilmirəm” - deyə Martuin İsrailin “Maariv” qəzetinə bildirib.

Əsgərin düşdüyü durum Ermənistanda ictimailəşəndən sonra Martuin öz həyatına görə narahat olduğunu deyib.

Vəkil Paltek fəaliyyətə keçib və Martuinin azad olunmasına nail olub.

“Bu işlə bağlı elə detallar var ki, bu mərhələdə mən onları açıqlaya bilmərəm. Gəlin sadəcə olaraq deyək ki, biz Ariki Ermənistandan çıxara bilmişik” - deyə Paltek “Maariv” qəzetinə deyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.