Müğənni-aktrisa Cennifer Lopez rəqqas sevgilisi Kasper Smartla birlikdə dəfilələrin birində iştirak edib. Gecənin xüsusi qonağı olan 46 yaşlı Cey Lo seksual imici ilə diqqət çəkib. Qara rəngə üstünlük verən Cennifer qeyri-adi dizaynlı libasını maraqlı aksesuarlarla tamamlayıb. Qara enli şalvar, sinə dekolteli kofta geyinən Cennifer klaç çanta götürüb və sadə makiyajdan istifadə edib. Modasevərlərin diqqətini isə C.Lopezin belinə bağladığı göy, məxmər kəmər daha çox cəlb edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.