banner
banner

Gündəm

Ramin Hacılı tapıldı - ölkədən gedib

Ramin Hacılı tapıldı -
Deputatlığa 19 saylı Nərimanov 1-ci seçki dairəsindən namizəd olan Ramin Hacılıdan xəbər var. 
Həyat yoldaşı Aysel Əlizadənin musavat.com-a verdiyi məlumata görə, R.Hacılı bir qədər əvvəl ona telefonla zəng edib: "Ramin bayaq məni yığdı. Əsəbi idi. Dedi Azərbaycanda deyil. Çox ciddi problemlərinin olduğu, onları həll etdikdən sonra ölkəyə qayıdacağını söylədi. Zəng etdiyi nömrədən bildim ki, hansısa xarici ölkədədir."
A.Əlizadə həyat yoldaşının hansı problemlərlə üzləşdiyi haqda məlumatsız olduğunu dedi: "Bu barədə mənimlə heç nəyi paylaşmayıb. Hansı problemlərlə üzləşdiyindənxəbərsizəm. Mənimlə çox qısa danışdı. Sözünü bitirər-bitirməz də telefonu qapatdı." 
Xatırladaq ki, dünən gecədən R.Hacılının yoxa çıxması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Yoxa çıxmadan öncə o, özünün facebook profilində bir video paylaşıb. Həmin videoada R.Hacılı bildirir ki, namizədliyini geri götürəcək, bundan sonra deputatlığa namizədliyini vermiş həyat yoldaşı Aysel Əlizadə üçün çalışacaq. 
 
Ailəsi R.Hacılı haqda məlumat əldə etmək üçün oktyabrın 26-da DİN-in 102 xidmətinə müraciət edib, həmçinin Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsində olub. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.