banner
banner

Gündəm

Ramin Hacılı Bakıdan getməsindən danışdı: “Alınmayan işlərə görə...”

Ramin Hacılı Bakıdan getməsindən danışdı:
“Mən heç bir yerə qaçmamışam. Noyabrın 2-si Bakıda olacağam”. 
Bunu Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı öz “Facebook” hesabında haqqında qaçması ilə bağlı yazılanlara münasibət bildirərkən yazıb. O, bildirib ki, ciddi problem səbəbindən Türkiyəyə yollanıb: “İki gün yolda oldum. Kiməsə xəbər edə bilmədim. Yaxşı oldu, dost və düşmən kəsilən bilindi. Kiməsə borcum yoxdur. İş görürəm və bu əsnəda alınmayan işlərə görə qaytaracaqlarım var və onlar da bir həftə gözləyəcək, gəlib həll edəcəyəm”.
R.Hacılı qeyd edib ki, bir qrupun iddia etdiyi kimi külli miqdarda borcu yoxdur: “Gəlincə məhkəməyə müraciət edəcəyəm və həqiqəti ortaya çıxaracağam. Fürsətçillik etməyin, adamın başına iş gələr. Gözləyin”. 
Qeyd edək ki, şəxsi problemləri ilə bağlı ölkəni tərk etdiyi deyilən Ramin Hacılı ilə bağlı sərt ittihamlar səsləndirilib. Cənubi Azərbaycandan olan H.X adlı tələbə üç dostu ilə bir müddət əvvəl Ramin Hacılı ilə tanış olduğunu deyib. O, bildirib ki, Ramin Hacılı onlara İtaliyada təhsil ala bilmələri üçün yardım edə biləcəyini bildirib və bu məqsədlə də tələbələrin hər birindən 6 min manat pul alıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.