İsveçin Miqrasiya İdarəsi qaçqın düşərgələrinin ünvanlarını məxfiləşdirmək qərarına gəlib.
Qurumun nümayəndəsi Mikael Ribbenvik bildirib ki, bu qərar qaçqınlara qarşı hər təxribatların, düşərgələrdə törədilən yanğınların qarşısını almaq üçün verilib.
Onun sözlərinə görə, bundan sonra qaçqın düşərgələrinin ünvanlarını əldə etmək mümkün olmayacaq. Həmçinin qaçqın düşərgələrində mühafizənin dəfələrlə gücləndirildiyi bildirilir.
Xatırladaq ki, bu yaxınlarda Stokholmda qaçqın düşərgələrinin birində yanğın törədilmiş, hadisəni törədənlər isə qaçıb gizlənmişdilər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.