Hazırda ölkədə 772382 nəfər 5–11-ci sinif şagirdi təhsil alır.
CİA.Az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadla verdiyi məlumata görə, 2014/2015-ci tədris ili üçün ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə ilə bağlı təqvim planının 01.11.2014 – 30.11.2014-cü il aralığını əhatə edən mərhələsi başa çatıb. Bu mərhələdə təhsil müəssisələri əlaqələndiriciləri tərəfindən 5–11-cisinif şagirdlərinin sayı siniflər üzrə“Şagird-məzun” sisteminə daxil edilib.
Təhsil müəssisələri əlaqələndiricilərinin nəzərinə çatdırılır ki, il ərzində siniflərdə şagirdlərin sayı dəyişərsə, uyğun olaraq “Şagird-məzun” sistemində də şagird saylarına düzəliş edilməlidir.
Təhsil müəssisələri əlaqələndiricilərindən xahiş edilir ki, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar “Şagird-məzun” sisteminə şagird məlumatlarının daxil edilməsi prosesini sürətləndirsinlər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.