Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2014-cü ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4859 nəfər rəsmi qeydiyyata götürülüb.
APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, onlardan 4694 nəfəri (96,7%) Azərbaycan vətəndaşı, 165 nəfəri (3,4%) isə əcnəbilərdir. İİV-ə yoluxmuşlardan böyük əksəriyyətinin kişilər olduğunu deyən E.Alməmmədova qeyd edib ki, xəstələrin 3572-si (76,1%) kişi, 1122-si (23,9%) qadındır.
QİÇS mərhələsində olan insanların sayının 1508 nəfər olduğunu deyən mərkəz direktoru onlardan 1484 nəfərin Azərbaycan vətəndaşı olduğunu açıqlayıb: “Bu müddətdə İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 667 nəfərdir!”.
1992-ci ildən bu ilin noyabrın 1-nə kimi Azərbaycan vətəndaşlarının yoluxma halları üzrə tərkibinə gəlincə, mərkəzin direktoru qeyd edilib ki, hər zaman olduğu kimi yenə də narkotik istifadəçilərinin sayı üstünlük təşkil edir. Onun sözlərinə görə, 4694 nəfər Azərbaycan vətəndaşından 2578-də (54,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1637-də (34,9%) heteroseksual, 82-də (1,7%) anadan uşağa keçməklə, 61-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində İİV virusuna yoluxma qeydə alınıb.
E.Alməmmədova vurğulayıb ki, İİV-ə yoluxmuş şəxslərdən 1198-i (25,5%) Bakı şəhəri və Abşeron rayonunda, 3656-sı (73,7%) respublikanın digər 55 inzibati ərazisində qeydiyyatdadır. Virusa yoluxan şəxslərdən 38 nəfərin (0,8%) yaşayış yeri naməlumdur.
Mərkəz direktoru əlavə edib ki, yalnız bu ilin 11 ayı ərzində ölkədə 561 yeni İİV-ə yoluxma faktı aşkarlanıb. Virus aşkarlandığı şəxslərdən 545-i (97,1%) Azərbaycan vətəndaşı, 16 nəfəri (2,9%) isə əcnəbi vətəndaşlardır. Azərbaycan vətəndaşından 336-sı (61,7%) kişi, 209-u (38,3%) qadındır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.